Kriminal

Bakıda kişi qadını küçədə yumruqladı, sonra isə...

1 Oktyabr 2014 10:59
1 Şərh     Baxış: 2 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda tamah kişiyə güc gəlib. Gücünü qadının üzərində sınayıb. Milli.Az xəbər verir ki, Binəqədi rayonu ərazisində, təxminən saat 21 radələrində Mirvari Hüseynova evə tələsərkən tanımadığı bir kişi onun qarşısını kəsib. Həmin adam "nəyin varsa, ver" deyəndə isə qışqırmağa başlayıb. Kişi isə istəyini həyata keçirmək üçün yumruqlarını işə salıb. Yumruqla qadına zərbələr vuraraq yerə yıxıb, sonra qulağındakı sırğaları, barmağındakı üzüyü və mobil telefonunu alaraq qaçıb. 

Binəqədi Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, gücünü qadına göstərən kişinin tutulması istiqamətində axtarış aparılır.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.