Kriminal

Bakıda cibgirliklə məşğul olan dəstə saxlanıldı

1 Oktyabr 2014 11:55
0 Şərh     Baxış: 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda cibgirliklə məşğul olan dəstə saxlanılıb

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinərək yaxalanan əvvəllər məhkum olunmuşlar - İltifat Ağabalayevin, Mahir Bədəlovun, Məhəmməd Bağırovun və Bisuddin Süleymanovun hər birindən 10 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

Müəyyən olub ki, onlar sentyabrın 17-də 28 May küçəsində yerləşən, Aygün Hacılıya məxsus ofisdən noutbuk, sentyabrın 27-də həmin küçədəki mebel mağazasında İlqar Niftəliyevin mobil telefonunu masanın üzərindən, pencəyinin cibindən isə içərisində şəxsiyyət vəsiqəsi, sosial və bankomat kartları olan pul kisəsini, sentyabrın 29-da Puşkin küçəsində yerləşən mağazada Gülxara Niftiyevanın və Azadlıq prospektində yerləşən ticarət mərkəzində Ruhiyyə Aydınovanın əl çantalarından mobil telefonlar oğurlayıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.