Kriminal

Bakıda qızlarının qarşısında ürəyini parçaladı - YENİLƏNİB

1 Oktyabr 2014 13:01
3 Şərh     Baxış: 3 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
13:01

Bakıda yaşlı ata özünə və övladlarına qarşı heç kimin edə bilməyəcəyi amansızlığı edib.

Sabunçu rayonunda, Ramana qəsəbəsində yaşayan 61 yaşlı Əliyusif Nərimanov özünü öldürüb. Hüquq-mühafizə orqanı əməkdaşları ilk olaraq onun qətlə yetirildiyini zənn etsələr də, sonradan bütün qaranlıq məqamlara aydınlıq gətirilib.

Sabunçu Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, Ə.Nərimanov həmişə olduğu kimi dünən ailə üzvləri ilə mübahisə edib. Sonra isə arvadı və qızlarının gözü qarşısında bıçağı düz ürəyinə sancıb.

Bıçaq ürəyi parçaladığından o, dünyasını dəyişib.

---------
09:16

Bakıda qətl hadisəsi törədilib.
 
APA-nın məlumatına görə, hadisə Sabunçu rayonunda, Ramana qəsəbəsində vaş verib. Qəsəbənin "8-ci mədən" adlandırılan ərazisində yaşayış evlərindən birində 1953-cü il təvəllüdlü Nərimanov Əliyusif Əlihəsən oğlu bıçaqla qətlə yetirilib.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlimata görə, Əliyusif Nərimanovun yaxınları polisə onun özünə qəsd etdiyini bildiriblər.

Onlar izahatlarında bildiriblər ki, evdə ailədaxili münaqişə baş verib. Münaqişə zamanı əsəblərini cilovlaya bilməyən 61 yaşlı Əliyusif Nərimanov bıçağı öz ürəyinə sancıb. Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunda ilkin olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Lakin istintaqçılar qətl versiyasını da nəzərdən keçirirlər. Araşdırmalar davam edir.
 
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.