Kriminal

Bakıda məmur oğlunu öldürənin apellyasiya məhkəməsi başlayıb

30 Sentyabr 2014 13:39
1 Şərh     Baxış: 1 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Bakı Apellyasiya Məhkəməsində məmur oğlunu öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası oktyabrın 16-na təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən Tural Əliyev yaşadığı evin yaxınlığında Elçin Baxşiyevin "Toyota Prado" markalı avtomaşında qızla söhbət etdiyini görüb. T.Əliyev onlara yaxınlaşaraq həmin yolla uşaq və qadınların hərəkət etdiklərini deyib, başqa yerə getmələrini təklif edib. Onun sözlərindən narazı qalan E.Baxşiyev isə sonradan görüşüb bu məsələni ayırd etmək üçün öz mobil nömrəsini ona verib. E.Baxşiyev avtomobillə oradan uzaqlaşandan sonra tanışları Seymur FərzəliyevƏli Məlikovla, Tural isə tanışları Ramin RzayevSəbuhi Məmmədovla təyin olunan görüş yerinə gəliblər. Orada tərəflər arasında qarşılıqlı mübahisə yaranıb. Gənclər bir-birlərini yumruq-təpiklə vuraraq xəsarətlər yetiriblər. Dava zamanı Tural Əliyev əlindəki bıçaqla Əli Məlikovu bıçaqlayaraq qətlə yetirib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Əliyev 14 il, Elçin Baxşıyev 5 il, Seymur Fərzəliyev 5 il və Ramin Rzayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Elçin Baxşıyev, Seymur Fərzəliyev və Ramin Rzayev məhkəmə zalında həbs ediliblər.
 
Öldürülən Əli Məlikov Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri Natiq Məlikovun oğludur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.