Kriminal

Məşhur azərbaycanlı teleaparıcını qanına qəltan etdilər - YENİLƏNİB - VİDEO - FOTO

23 Sentyabr 2014 12:00
16 Şərh     Baxış: 19 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda TV əməkdaşını bıçaqla ağır yaraladılar

12:00

Xəzər TV-nin "Ləziz dad" verilişinin ötən gün bıçaqlanan aparıcısının durumu ilə maraqlandıq.

Qonşusu tərəfindən bıçaqlanan Ağakərim Şamidzadə dərhal 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Döş qəfəsindən bir bıçaq zərbəsi ilə xəstəxanaya daxil olan aparıcı əməliyyat olunub.

1 saylı şəhər klinik xəstəxanasından Milli.Az-a verilən məlumata görə, aparıcı hal-hazırda reanimasiya şöbəsindən çıxarılıb:

"Ağakərim Şamidzadə hazırda vəziyyəti normal olduğundan reanimasiya şöbəsindən çıxarılaraq palataya yerləşdirilib".

---------
09:01

Bakının Yasamal rayonu Yaşar Abdullayev küçəsində bıçaqlanma hadisəsi baş verib.

Milli.Az anspress-ə istinadən bildirir ki, hadisə zamanı "Xəzər" televiziyasında "Ləziz dad" proqramının aparıcısı Ağakərim Şamidzadə yaşadığı evin qarşısında qonşusu tərəfindən bıçaqlanıb. Qonşuların verdikləri məlumata görə, hadisəyə səbəb Ağakərimin avtomobilinə oturan qonşusunu düşürmək istəməsi olub. Yaranan mübahisə zamanı Elvin Şirinov adlı şəxs Ağakərimə bir bıçaq zərbəsi vurub.

Hadisədən sonra yaralı ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Dərhal əməliyat olunan zərərçəkənin həyatını həkimlər xilas edə biliblər.

Hadisədən sonra ərazidə Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırma apaılıb. Bölmədən verilən məlumata görə, hadisəni törədən şəxsin tutulmasi istiqamətində əməliyyat-axtarış tədbirləri davam edirilir.

Ceyhun Ələkbərov
Milli.Az

----------
11:31

Videonu izləmək üçün şəklə klikləyin.




Böyütmək üçün şəkillərə klikləyin.



---------
09:01


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.