Kriminal

Bakıda qadın kişiyə pul "atdı"

21 Sentyabr 2014 17:12
0 Şərh     Baxış: 2 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağayev Həsrət Ağakişi oğlu bildirib ki, tanışı onun 54 min manatını mənimsəyib

Səbail rayon Prokurorluğuna dələduzluq faktı ilə bağlı müraciət daxil olub.

Lent.az-ın məlumatına görə, 1968-ci ildə Masallıda anadan olmuş, Bakıda qeydiyyatda olmaqla yaşayan Ağayev Həsrət Ağakişi oğlu bildirib ki, tanışı onun 54 min manatını mənimsəyib.

H.Ağakişiyev qeyd edib ki, 2013-cü ilin aprel ayının 25-də 1979-cu ildə Türkmənistanda anadan olmuş tanışı, Şükürova İranə Mahmud qızına satmaq məqsədi ilə 54 min manatlıq qızıl verib. Lakin həmin müddətdən sonra qadın aldığı qızılların pulunu verməkdən imtina edib.

Hazırda müraciətlə bağlı araşdırmalar aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.