Kriminal

Qaxda iki narkotik alverçisi tutuldu - VİDEO

19 Sentyabr 2014 12:58
0 Şərh     Baxış: 1 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qax rayon Polis Şöbəsinin əməkdaşları növbəti uğurlu əməliyyat keçiriblər. Keçirilimiş tədbir nəticəsində iki nəfər Qax sakini saxlanılaraq istintaqa cəlb edilib

Qax RPŞ-nin əməkdaşları rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti axtarış-əməliyyat tədbiri keçirib. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, tədbir nəticəsində rayonun Əlibəyli kənd sakini Canaşvili Vaxtan Matayeviç şübhəli şəxs qismində saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə saxlanılan şəxsin üzərinə baxış keçirilib. Aparılan axtarış zamanı onun üzərindən 3,7 qram narkotik maddə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Vaxtanq Canaşvilinin ətrafında aparılan əməliyyat tədbiri nəticəsində məlum olub ki, o, narkotik maddəni həmkəndlisi Aslanaşvili Martiko Mixayloviçdən alıb.

Narkotik vasitəni satan Martikonun yaşadığı evdə və evin həyətyanı sahəsində axtarış-əməliyyat tədbiri aparılıb. Nəticədə həyətyanı sahədə olan yardımçı tikilidən ümumi çəkisi 450 qram olmaqla 3 ədəd polietilen torbada marixuana, əkin sahəsindən isə aqrotexniki qaydada qulluq edilmiş, ümumi çəkisi 1,3 kiloqram olan, 14 ədəd narkotik bitki hesab edilən çətənə kolları aşkar edilib. Nəticədə hər iki şəxs saxlanılaraq Polis Şöbəsinə aparılıb. Faktla bağlı Qax RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.