Kriminal

Bakıda italyan kinosundakı təki eşq: polis də bezdi

19 Sentyabr 2014 10:52
1 Şərh     Baxış: 2 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 "Əsl kino kimidir"... Qeyri-adi, həddən artıq maraqlı və ya çox mürəkkəb hadisələr barədə belə deyirlər

Bakıda da əsl kino kimi olay yaşanır. Dahi italyan kinorejissor Vittorio de Siqanın 1964-cü ildə çəkdiyi, baş rollarda Marçello Mastroyanni və Sofi Lorenin oynadıqları "İtalyansayağı nikah" (Matrimonio All'Italiana) filmindəki dəlisov, çılğın eşq, deyəsən, Bakıda təkrarlanır.

Nizami rayonu, metronun "Qara Qarayev" stansiyasının yaxınlığında 30 yaşlı Ceyhun Məmmədovu rəsmi nikahda olmadığı sevgilisi bıçaqlayıb. Milli.Az xəbər verir ki, qarnından bıçaqlanan C.Məmmədov xəstəxanaya yerləşdirilib və dərdini həkimlərə danışıb: "Arvadım vurdu. Bıçağı qarnıma soxdu. Artıq onunla bacarmıram".

Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsindən Milli.Az-a bildirildi ki, bu sevgililər qeyri-ciddi adamlardı və problemləri hələ bıçaqlanmaya qədər başlayıb. Hazırda polis bölməsində onlarla bağlı 20-dən artıq material var. Ər arvad bir-birini polisə verməkdən yorulmur.

Dünən də xəstəxanadan məlumat daxil olub ki, qadın ərini vurub. Qız polisə dəvət olundu, ifadəsi alındı və o, bildirdi ki, Ceyhun özü bçaqla özünə xəsarət yetirib. Polis Ceyhunu dindirmək üçün xəstəxanaya gedəndə isə artıq Ceyhun xəstəxanadan qaçıbmış.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.