Kriminal

Azərbaycanda 26 yaşlı gəncin boğazını kəsdilər

19 Sentyabr 2014 10:23
0 Şərh     Baxış: 2 146
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz şəhəri ərazisində bıçaqlanma faktı qeydə alınıb

APA-nın verdiyi məlumata görə, Xaçmaz şəhər sakini, 1988-ci il təvəllüdlü Mahmudov Vüqar Tacəddin oğlu boğaz və döş qəfəsindən çoxsaylı bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Ona boynun və döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub, vəziyyəti ağırdır.

Hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.