Kriminal

Zaqatala sakini qətlə yetirildi

18 Sentyabr 2014 12:04
0 Şərh     Baxış: 1 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Zaqatala rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə zamanı rayonun Qazangül qəsəbə sakini Məmmədov Kamran xuliqanlıq zəminində Zaqatala sakini Səbuhi Ələsgərovu bıçaqlayıb.

Nəticədə Səbuhi Ələsgərov kəsilmiş deşilmiş yaralarla Zaqatala rayon Mərkəzi Xəstəxanasına daxil olub. Həkimlərin bütün səylərinə rəğmən xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Kanal S-ə verilən məlumata əsasən, hadisəni törədən şəxs Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq prokurorluğa təhvil verilib.
Faktla əlaqədar Zaqatala rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.