Kriminal

Xalq artisti: "Onu necə bağışlaya bilərəm ki, həyat yoldaşımı və nəvəmi öldürüb"

2 Sentyabr 2014 20:40
7 Şərh     Baxış: 3 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xalid Mədətovun bağışlanmasından söhbət gedə bilməz. Onu heç vaxt bağışlamayacağam".

Bu sözləri azvision.az-a Xalq artisti Ağasəlim Abdullayev deyib. Xalq artisti "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovu bağışlamayacağını bildirib:

"Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirkar Xalid Mədətovun məhkəmə prosesi keçirildi. O peşmanlıq keçirdiyini, kompensasiya ödəmək istədiyini dedi. Ancaq onun kompensasiyası mənim nəyimə lazımdır? Onun ödəməsi mənim ölənlərimi geri qaytara bilməz. Məhkəmədə hər şey sübuta yetirildi. Məndən heç soruşan olmayıb ki, onu bağışlayırsan, ya yox. Əvvəla bunu bağışlamazlar axı. Onu mən necə bağışlaya bilərəm ki, mənim həyat yoldaşımı və nəvəmi öldürüb, o böyüklükdə mənə zərbə vurub".

Qeyd edək ki, martın 15-i gecə saatlarında tanınmış tarzən Ağasəlim Abdullayev və ailə üzvləri Zığ yolu şossesində avtoqəzaya düşüblər. Hadisə zamanı A.Abdullayevin həyat yoldaşı Brilyant Abdullayeva və azyaşlı nəvəsi həlak olublar. Yol-nəqliyyat hadisəsinin "Mersedes-Benz G-55" markalı avtomobilin sürücüsü Xalid Mədətov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Sürücü Xalid Mədətov barəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Növbəti məhkəmə prosesi isə sentyabrın 4-də baş tutacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.