Kriminal

Bakıda sərnişin sürücünü bıçaqladı - VİDEO

2 Sentyabr 2014 14:25
2 Şərh     Baxış: 2 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeronda avtobus sürücüsü bıçaqlandı

Abşeron rayonu ərazisində avtobus sürücüsü bıçaqlanıb.

ANS TV-nin məlumatına görə, Abşeron rayonu Novxanı qəsəbəsinin sakini 32 yaşlı Mehdi Yusifovun marşrut avtobuslarının birində konduktor işləyən Anar adlı şəxslə zarafat etməsi sonda cinayətlə nəticələnib. Bu vaxt həmin konduktorun işlədiyi sərnişin avtobusunun sürücüsü Elçin də söhbətə qarışıb və Mehdiyə onunla zarafat etməsini irad tutub. Bu irad isə Mehdi Yusifovun acığına gəlib.

Mehdinin zarafat etdiyi Anar əslində nitqi qüsurludur. Elə zərərçəkmiş Elçinin söhbətə müdaxilə etməsi də bununla bağlı imiş.

Hazırda faktla bağlı başlanılmış cinayət işinin istintaqı davam edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.