Kriminal

Qadının üstünə pələng kimi cuman cinayətkar polisi görəndə xalasına sığındı

1 Sentyabr 2014 14:56
3 Şərh     Baxış: 2 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çəkiclə silahlanaraq qadına hücum çəkən kişi polisi görəndə xalasına sığındı.

Dünən Salyan şəhərində şəhər sakini Mübariz Abbasovaməxsus mağazaya gəlmiş naməlum şəxs qəflətən çəkiclə satıcı Səadət Qasımovaya hücum çəkib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, o, Səadətə çəkiclə xəsarət yetirib oradan ərzaq məhsulları aparmaq istəsə də niyyəti baş tutmayıb. Satıcının müqavimətini görüb mağazadan qaçıb.

Salyan polisi hadisənin Rəfael Rüstəmov tərəfindən törədildiyini müəyyən edib. Ələ keçməmək üçün xalasının evində gizlənən R.Rüstəmovu polis oradan salamat çıxara bilməyib. Xalası Natalya Rüstəmovaya sığınan Rəfael bıçaqla özünə qarın nahiyəsindən xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş R.Rüstəmovun vəziyyəti orta-ağır olduğundan dindirilməsi mümkün deyil. Hazırda araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.