Kriminal

Qızına toy edən kişinin boğazını kəsdilər - YENİLƏNİB

1 Sentyabr 2014 16:49
0 Şərh     Baxış: 3 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cinayətkarlar 50 yaşlı Füzuli İsgəndərovun toydan yaxşı pul yığdığını güman ediblər


16:49

 

Bakıda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqmlar üzə çıxıb. Lent.az-ın vesti.az-a istinadən verdiyi xəbərə görə, hadisə Babək prospekti ev 17-də qeydə alınıb.1964-cü il təvəllüdlü İsgəndərov Füzuli Haqverdi oğlu yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb.

Bildirilir ki, qatil F.İsgəndərova məxsus qarajın yaxınlığında dayanıb və onu gözləyib. F.İsgəndərov qaraja tərəf yaxınlaşan zaman qatil ona bir neçə bıçaq zərbəsi endirib, daha sonra isə onun boğazını kəsib. Daha sonra cinayətkar F.İsgəndərovun evinə girib. Hadisə şahidinin dediyinə görə, qatil 20-25 yaşlı şəxs olub. Lakin həmin şəxsin cinayəti tək törədib-törətməməsi hələlik dəqiqləşməyib.

Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləyir. Hələlik hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilməyib.

Polisdən, həmçinin onu bildiriblər ki, avqustun 29-da F.İsgəndərov qızına toy edib. İstintaq güman edir ki, cinayətkarlar F.İsgəndərova toydan yaxşı pul qaldığı qənaətində olublar.

Faktla bağlı araşdırma davam etdirilir.


---------
14:28

Bakıda qətl hadisəsi baş verib. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Babək prospekti ev 17 də qeydə alınıb.
 
Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Füzuli Haqverdi oğlu İsgəndərov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq  qətlə yetirilib.
 
Hazırda qətl hadisəsini törədən  şəxsin və ya şəxslərin müəyyən edilərək  tutulması istiqamətində iş aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.