Kriminal

Quba sakini bıçaqlanıb

1 Sentyabr 2014 10:38
0 Şərh     Baxış: 1 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az RTV-yə istinadən bildirir ki, 1977-ci il təvəllüdlü, Quba rayonu, Adur kənd sakini Muradov Lazım Mirələm oğlu çoxsaylı bıçaq xəsarətləri ilə Quba  Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Quba Rayon Polis Şöbəsindən verilən məlumata görə, L.Məmmədovu bıçaqlayan şəxs və ya şəxslərin tapılıb istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.