Kriminal

Bakıda qonşusunu öldürən şəxsə 14 il həbs - FOTO

30 Avqust 2014 14:07
0 Şərh     Baxış: 1 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Аğır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Əliağa Qasımovun cinayət işinin baxılması yekunlaşıb

"Qafqazinfo" xəbər verir ki, cinayət işinin başlanmasına Əliağa Qasımovun 2014-cü il martın 10-da Binəqədi qəsəbəsi, 3-cü mədən, 283 saylı evin həyətinə gələrək, özü ilə gətirdiyi bıçaqla orada yaşayan Xəqani Qurbanova bir zərbə endirərək qəsdən öldürməsi faktı üzrə toplanmış material səbəb olub.

Məhkəmə prosesində Əliağa Qasımov elan edilmiş ittihamla özünü təqsirli bilməyib, o bıçağı əvvəlcədən özünü müdafiə etmək üçün götürdüyünü qeyd edib.

Məhkəmənin hökmü ilə Əliağa Qasımov ittihamlar üzrə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.