Kriminal

Bakı polisinə 62 minlik oğurluq və oğru barədə şikayət

21 Avqust 2014 10:49
0 Şərh     Baxış: 2 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı şəhərində bir ailənin var-yoxunu talan ediblər. Xətai rayonu, Nobel prospekti 8, mənzil 1-dən 62000 manat pul və qızıl-zinət əşyaları oğurlanıb.

Evin sahibi Həsən Məmmədov Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə müraciət edərək oğurluq barədə məlumat verib, hətta oğurluqda şübhələndiyi şəxsin adını da deyib. Bildirib ki, dünən evdə olmamasından istifadə edən Cabbar adlı tanışı evini talan edib.

Xətai RPİ-dən Milli.Az-a bildirildi ki, faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda törədilməklə oğurluq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.