Kriminal

Bakının əsas prospektində qanlı cinayət

20 Avqust 2014 12:51
0 Şərh     Baxış: 1 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bıçaqlanan 29 yaşlı kişi xəstəxanaya yerləşdirilib

Ötən gün Bakının əsas prospektlərindən birində qanlı cinayət baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən anspress-ə verilən məlumata görə, avqustun 19-da Azadlıq prospektində Bakı şəhər sakini Ramin Qafarov bıçaqlanıb.

Bıçaqlanan Ramin Qafarov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə daxil olub. Həkimlərin səyi nəticəsində onu həyata qaytarmaq mümkün olub.

Nəsimi Rayon Polis İdarəsi 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Pənah Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.