Kriminal

Azərbaycanda iki qardaşı əmioğlu bıçaqladı, qardaşlardan biri öldü - YENİLƏNİB

20 Avqust 2014 17:50
0 Şərh     Baxış: 3 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallıda yaxın qohumlar arasında mübahisə ölümlə nəticələnib


17:50


Dünən gecə saatlarında Masallı rayonun Xırmandalı kəndində yaxın qohumlar arasında insident yaşanıb. Anspress-in verdiyi məlumata görə, kənd sakini Ramal Muradovla yaxın qohumu Zəbulla və onun qardaşı Samin Muradovlar arasında mübahisə baş verib.


Ramalın mübahisəyə bıçaqla aydınlıq gətirmək istəyi isə qanlı sonluqla nəticələnib. Çoxsaylı bıçaq zərbələri alan Zəbulla xəstəxanaya çatdırılarkən keçinib. Qətlin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

"Şübhəli şəxs kimi tutulmuş Ramal Muradovun ifadəsində göstərildiyi kimi Zəbulla Muradov və onun qardaşının onun valideynlərinin ünvanına söyüşlər söyməsi olub", - deyə müstəntiq Elmar Əhmədli bildirib.

Hazırda Ramal Muradov şübhəli şəxs qismində tutulub. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb. Masallı rayon Prokurorluğundan  verilən məlumata görə, mübahisə toy məclisinin sonda yaranıb. Mübahisə edənlərin hər üçü sərxoş vəziyyətdə olub.

---------
12:32

Masallıda qətl hadisəsi baş verib


Masallı Rayon Prokurorluğunun müstəntiqi Elmar Əhmədlinin APA-ya verdiyi məlumata görə, hadisə ötən gecə saat 23 radələrində rayonun Xırmandalı kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Ramal Şirməmməd oğlu Muradov şəxsi münaqişə zəminində əmisi oğlanları - 1988-ci il təvəllüdlü Zəbulla və 1991-ci il təvəllüdlü Samin Əmirzadə oğlu Muradov qardaşlarına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Xəstəxanaya yerləşdirilmiş Z. Muradovu xilas etmək mümkün olmayıb. S. Muradovun vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Hadisəni törətmiş R. Muradov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ