Kriminal

Bakıda 18 yaşlı oğlanı gecə klubunun qarşısında qanına qəltan etdilər

31 İyul 2014 10:33
7 Şərh     Baxış: 3 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda qətl törədilib.

Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə "Koral" gecə klubunun qarşısında qeydə alınıb. Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Vüsal İlham oğlu Abdullayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
 
Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb.
 
Hazırda hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.