Kriminal

Çayxanada qan su yerinə axdı - FOTO

30 İyul 2014 17:49
3 Şərh     Baxış: 1 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdədə yeniyetmələr arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib

Anspress-in verdiyi məlumata görə, hadisə rayonun Bakı küçəsində yerləşən çayxanalardan birində baş verib.

Belə ki, Bərdə rayon sakini, 14 yaşlı Atabəy Xanlarov üzərindəki bıçaqla 17 yaşlı Aqşin Sadıqova 2 bıçaq zərbəsi endirib. Kürək və sinə nahiyəsindən yaralanan Aqşin Sadıqov yaxınlarının köməkliyilə Bərdə Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralıya tibbi yardım göstərilib.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti yaxşıdır.

Hadisəni törədən Atabəy Xanlarov azyaşlı olduğundan polis şöbəsində saxlanılmayıb və nəzarətə götürülüb.

Faktla bağlı araşdırma aparır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.