Kriminal

Mehdiabadda qadını boğaraq qətlə yetirən, sonra evini yandıran şəxs tutulub

30 İyul 2014 13:35
0 Şərh     Baxış: 1 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonu, Mehdiabad qəsəbəsində qadını boğaraq qətlə yetirən, sonra evini yandıran şəxs tutulub

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məlahət Rəsulovanı evində boğaraq qətlə yetirmiş rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Babayev tutulub.

Qeyd edək ki, iyulun 26-da Abşeron rayonunun Mehdiabad qəsəbəsində M.Rəsulovanın yaşadığı evdə yanğın baş verib və yanğın söndürüldükdən sonra onun meyiti tapılıb.

Araşdırmalar zamanı M.Rəsulovanın boğulma yolu ilə qətlə yetirilməsi və evinin yandırılması müəyyən edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.