Kriminal

Bakıda keçmiş məhkum yaxalandı

29 İyul 2014 12:52
0 Şərh     Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda mənzil və mağazaları qarət edərək külli miqdarda pul və müxtəlif əşyalar oğurlayan keçmiş məhkum yaxalanıb

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN KTİ, BPİ TŞX və Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü Əfqan Xudiyevin üzərindən 1 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, o, aprelin 30-da Vidadi küçəsində Namiq Məmmədovun mənzilindən pul və qızıl-zinət əşyaları, mayın 14-nə keçən gecə Elman Cəfərova məxsus, H.Aslanov küçəsində yerləşən ofisdən iki ədəd televizor və noutbuk, mayın 4-də Nəsihət Əliyevə məxsus, R.Behbudov küçəsində yerləşən mağazadan 1000 manat, iyunun 14-nə keçən gecə Nadir Məmmədova məxsus, Nizami küçəsində yerləşən mağazadan eynəklər, disklər, saatlar və mobil telefonlar, iyulun 8-nə keçən gecə Ruslan Kərimova məxsus, Nizami küçəsində yerləşən mağazadan 4470 manat və kişi geyimləri, iyulun 19-na keçən gecə Səbinə Sultanovaya məxsus, H.Aslanov küçəsində yerləşən mağazadan 8325 manat dəyərində qadın geyimləri, iyulun 24-nə keçən gecə isə M.Qardaşları küçəsində yerləşən, Salyan rayon sakini Elşən Eminova məxsus gözəllik salonundan 3800 manat və 1454 ABŞ dolları oğurlayıb.

İstintaq zamanı Ə.Xudiyevin Səbail rayonu ərazisindən də oğurluq etməsi müəyyən edilib. Belə ki, o, iyulun 6-na keçən gecə Z.Əliyeva küçəsində yerləşən, Svetlana Cəfərovaya məxsus gözəllik salonundan 1025 manat və ətriyyat, iyulun 12-nə keçən gecə Z.Əliyeva küçəsində yerləşən gözəllik salonundan mis vaza, ətir, bijuteriya və qadın saatı oğurlayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.