Kriminal

Bakıda kişi sevgilisini bıçaqdan keçirtdi

28 İyul 2014 11:54
4 Şərh     Baxış: 2 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Göyçay sakini Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlayandan sonra polisə təslim olub
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 27-də Lökbatan qəsəbəsi S.Orucov küçəsində yaşayan, Göyçay rayon sakini, 1989-cu il təvəllüdlü İlqar Qocayev qısqanclıq zəminində qeyri-rəsmi nikahda olduğu, 1985-ci il təvəllüdlü Rəna Qocamanovaya bıçaqla xəsarət yetirib.

Törətdiyi cinayət əməlindən sonra İ.Qocayev könüllü olaraq Qaradağ Rayn Polis İdarəsi 10-cu Polis Bölməsinə gəlib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.