Kriminal

Bakıda narkotik alverçiləri tutulub

28 İyul 2014 13:44
0 Şərh     Baxış: 1 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda vətəndaşlardan narkotik vasitələr aşkar edilərək götürülüb
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi (RPİ) Narkotiklərlə Mübarizə Bölməsi (NMB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri - 1965-ci il təvəllüdlü Əlibaba Mehdiyevdən 7 qramdan artıq, ona marixuananı satan, 1983-cü il təvəllüdlü Əliverdi Nəbiyevdən isə iki kibrit qutusunda 12 qramdan artıq marixuana götürülüb.

Nərimanov RPİ Post Patrul Xİdməti Bölməsi (PPXB) və 18-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini 1971-ci il təvəllüdlü Seyran Camalovdan 15 qramdan artıq heroin götürülüb.

Xətai RPİ NMB və 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş, 1961-ci il təvəllüdlü Qəhrəman Əliyevdən 17 kiloqramdan artıq marixuana götürülüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.