Kriminal

Bakıda həbs edilən adama çörək "sürprizi" - FOTO

28 İyul 2014 12:31
0 Şərh     Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıdakı 3 saylı İstintaq Təcridxanasına telefon keçirilməsi cəhdinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Şəhriyar Elbrus oğlu Hüseynova dostu Əsgər Fərmayıl oğlu Mehdiyevin gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı onun gətirdiyi çörəyin içərisindən 1(bir) ədəd "Ken Xin Da" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, təcridxanada saxlanılan Şəhriyar Hüseynov Cinayət Məcəlləsinin 170.1; 29, 177.2.1; 177.2.2 və 177.2.4 maddələrinə əsasən həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.