Kriminal

Azərbaycanda bir uşaq atası özünü asdı

27 İyul 2014 11:57
1 Şərh     Baxış: 1 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatala bir uşaq atası intihar edib. Zaqatala rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Əliabad qəsəbəsində qeydə alınıb. 1988-ci il təvəllüdlü, Əliabad qəsəbə sakini İkram Telman oğlu Ruşanovun cəsədi yaşadığı evin həyətyanı sahəsindəki armud ağacından asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. 26 yaşlı İkram Ruşanovun intihar etməsinin səbəbləri məlum deyil.

Məlumatda bildirilir ki, İkram Ruşanov evli və bir uşaq atası idi. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.