Kriminal

Şampun qabından narkotik çıxdı - FOTO

24 İyul 2014 18:05
0 Şərh     Baxış: 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Elnur Mətləb oğlu Abıyevə xalası oğlu Cəbrayıl Gündüz oğlu Rəcəbovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı "Head and Shoulders" şampun qabının içərisində 4 (dörd) ədəd sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 3.99 qram olan narkotik vasitə - marixuana, xalis çəkisi 2.490 qram olan narkotik vasitə - tiryək, xalis çəkisi 0.52 qram olan narkotik vasitə - həşiş qatranı və xalis çəkisi 0.573 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.