Kriminal

Anar Məmmədovun işçisini öldürən şəxsin şəkilləri yayıldı - FOTO

24 İyul 2014 13:59
0 Şərh     Baxış: 2 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Nəsimi Rayon Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları 2014-cü il iyulun 11-də tamah məqsədilə törədilmiş qətl hadisəsinin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakıxanov küçəsi, 50 ünvanında yaşayan 31 yaşlı Natəvan Əliyevanın evində qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları istintaq əməliyyat tədbirlərinə başlayıblar.

Hadisə yerinə baxış zamanı qətlin tamah məqsədilə törədilməsi müəyyən olunub. Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən, Quba rayonunda anadan olmuş, 26 yaşlı Tərlan Tahirov saxlanılıb.

T.Tahirov əməlini etiraf edərək qətli tamah məqsədilə törətdiyini bildirib. Məlum olub ki, saxlanılan şəxs təxminən 1 il əvvəl N.Əliyevanın evində mətbəx mebeli quraşdırıb. T.Tahirov qadının külli miqdarda pulu olacağını ehtimal edərək ünvanı yadda saxlayıb və hədə-qorxu ilə pul almaq qərarına gəlib. İyulun 11-də axşam saat 19 radələrində özü ilə bıçaq da götürən T.Tahirov N.Əliyevanın evinə gəlib. O, mebelin yarımçıq qalmış hissəsinin ölçüsünü götürmək adı ilə evə daxil olub.

T.Tahirov əvvəlcə ev sahibəsindən ölçü üçün qələm və kağız istəyib. Qadın otağa keçdikdə isə onun arxası ilə gəlib və bıçaqla qorxudaraq pul, qızıl tələb edib. Bu zaman N.Əliyeva qışqırmağa başlayıb. T.Tahirov ona əvvəlcə sinəsindən 1 bıçaq zərbəsi endirib. Sonra yerə yıxılan qadına bədəninin müxtəlif nahiyələrindən bir neçə zərbə vurub.

Ev sahibəsinin öldüyünü görən T.Tahirov mənzildə axtarış aparıb. O, Natəvan Əliyevaya məxsus qızıl-zinət əşyalarını talayaraq hadisə yerindən qaçıb. Bıçağı isə özü ilə götürərək metronun "Həzi Aslanov" stansiyası yaxınlığında zibil qutusuna atıb.

Faktla bağlı tamah məqsədi ilə qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.

Milli.Az əlavə edir ki, öldürülən Natəvan Əliyeva nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun şirkəti olan "Qarant Sığorta"nın işçisi olub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.