Kriminal

Bakıda "Azəriqaz"ın əməkdaşı döyüldü - YENİLƏNİB - FOTO

24 İyul 2014 12:07
1 Şərh     Baxış: 1 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda döyülmə hadisəsi baş verib

12:07

Bu gün səhər saat 10:00-da Bakının Nəsimi rayonu ərazisində bank işçiləri ilə sürücü arasında insident olub. Nəsimi Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə Süleyman Rüstəm küçəsilə Şamil Əzizbəyov küçəsinin kəsişməsində baş verib.

Belə ki, həmin ərazidən keçən avtomobilin sürücüsü siqnal verib. Bu zaman həmin ərazidə yerləşən banklardan birinin işçisi sürücüyə iradını bildirib. Nəticədə dava düşüb. Davaya bankın digər işçiləri də qarışıb. Bir neçə işçi sürücünü döyüblər.

Nəticədə 31 yaşlı Afiq Camalov ağır yaralanıb. Hadisə yerinə gələn həkimlər Afiq Camalova ilkin yardım göstəriblər və onu xəstəxanaya yerləşdiriblər. Afiq Camalova döş qəfəsinin əzilməsi diaqnozu qoyulub

Döyülən şəxs "Azəriqaz" İB-nin əməkdaşı olduğu deyilir.

----------
11:30

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Süleyman Rüstəm küçəsi ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsində qeydə alınıb.

"Azəriqaz" İB-nin əməkdaşı Asif Arazxan oğlu Camalov naməlum şəxs tərəfindən döyülüb. A. Camalov bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Milli.Az

---------
12:07

Böyütmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.