Kriminal

DİN rəsmisi: "O, sosial şəbəkələrdə psixotrop maddələrin təbliği ilə məşğul olurmuş"

23 İyul 2014 18:53
0 Şərh     Baxış: 1 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Daxili İşlər Nazirliyi (DİN) Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Fərəc Kərimlinin saxlandığını təsdiqləyib. DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, Fərəc Kərimli əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən saxlanılıb, baxış zamanı onun üzərindən narkotik vasitə aşkar edilərək götürülüb.

O.Mansurzadə onu da qeyd edib ki, F.Kərimli sosial şəbəkələrdə psixotrop maddələrin təbliği ilə məşğul olurmuş.

Qeyd edək ki, F.Kərimli bu gün səhər saatlarında saxlanılıb. G.Aslanlı bildirib ki, Bayıl qəsəbəsində yaşayan F.Kərimli bu gün anasını müayinə etdirmək üçün Bakı Sağlamlıq Mərkəzinə gedərkən naməlum şəxslər tərəfindən həbs olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.