Kriminal

Özünü asdı, yoxsa arvadının ailəsi öldürdü? - FOTO

23 İyul 2014 15:25
4 Şərh     Baxış: 3 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Goranboy rayon sakini Vüsal İbrahimov iki gün öncə dünyasını dəyişmiş 31 yaşlı qardaşı Kərim İbrahimovun həyat yoldaşının ailəsi tərəfindən öldürüldüyünü iddia edir.

"Qafqazinfo"ya müraciət edən V.İbrahimov bildirib ki, Səngəçalda həyat yoldaşının ailəsi ilə birlikdə yaşayan qardaşının qayınanası ilə problemləri var imiş:

"Hadisə ayın 21-də səhər saatlarında baş verib. Qardaşımın qayınatası bizə zəng elədi, xəbər verdi. Dərhal oraya getdik. Hadisə yerində polis əməkdaşları, prokurorluq işçiləri var idi.

Yoldaşının ailəsi iddia edirdi ki, guya qardaşım özünü asıb. Amma onun bədənində müxtəlif, deşici alətlə açıqlmış yaralar, dırnaq izləri var idi. Qayınanası ilə problemləri var idi. Biz onun intihar etdiyinə inanmırıq. Çünki özünü asdığı iddia edilən yer onun boyundan daha qısadır. Orada intihar etməsi qeyri-mümkündür. Həyat yoldaşının ailəsi onu yerdə öldürüb, daha sonra guya intihar edibmiş kimi mənzərə yaratmağa çalışıblar. Amma şəkillərini çəkmişik. Bədənindəki yaralar onun intihar etmədiyinə sübutdur. Həm də özünü öldürdüyü deyilən ərazi bütün palçıq olmasına baxmayaraq, onun ayaqqabıları təmiz idi. Deməli, həmin ərazidə gəzməyib".

Vüsal İbrahimov qeyd edib ki, bir neçə gün əvvəl qardaşı Qobustan Rayon Polis İdarəsinin rəis müavinin yanına gedib və həyat yoldaşının ailəsi tərəfindən təhqirlərə, zorakılığa məruz qaldığını deyib.

Qardaşı mərhumun meyitinin fotolarını da göndərib. Ürəyi zəif olanlar fotoları izləməsin.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.