Kriminal

Bakının mərkəzində qan tökən şəxslər tutuldular - YENİLƏYİB

23 İyul 2014 17:13
17 Şərh     Baxış: 7 532
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı sakinini bıçaqlayaraq hadisə yerindən qaçmış şəxslər tutulub


17:13


Milli.Az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında deyilir.

İyulun 22-də saat 05:30 radələrində paytaxtın Səbail rayonu ərazisində, "Xaqani" bağının yaxınlığında Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Quliyev Şahin Elçin oğlunun bədəninin müxtəlif nahiyələrindən aldığı kəsilmiş-deşilmiş xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, Şirvan şəhər sakini Kərim Kərimov həmyerliləri Fuad Əliyev, İlham ŞadıyevƏli Süleymanovla birlikdə "Xaqani" bağında olarkən ictimai qaydanı kobud şəkildə pozaraq Şahin Quliyevlə mübahisə ediblər. Bu zaman K.Kərimov üstündə gəzdirdiyi bıçaqla, F.Əliyev isə fiziki zor tətbiq etməklə Ş.Quliyevə müxtəlif dərəcəli bədən xəsarətlər yetirərək hadisə yerindən qaçıblar.

Paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən K.Kərimov və F.Əliyev tutularaq istintaqa cəlb olunublar. K.Kərimovun üzərinə baxış keçirilərkən bir ədəd bıçaq və "beşbarmaq" aşkar edilərək maddi sübut kimi götürülüb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

----------
12:28

Bakıda 25 yaşlı gənc bıçaqlanıb

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 22-də saat 05:35 radələrində, Rəsul Rza küçəsində yerləşən Xaqani bağının yaxınlığında baş tutub.

Xəsarət alan Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Şahin Quliyev 4 bıçaq yarası ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin və Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Şirvan şəhər sakinləri - 1991-ci il təvəllüdlü Kərim Kərimov, 1992-ci il təvəllüdlü Əli Süleymanov, 1993-cü il təvəllüdlü Fuad Əliyev və 1995-ci il təvəllüdlü İlham Sadıyev saxlanılıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.