Ölkə

Amaliya Pənahovanın ölüm xəbərini yayan aktrisa: 3 gün qabaq bizi... - FOTO

9 Noyabr 2018 10:19
3 Şərh     Baxış: 10 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün gecə saatlarında xalq artisti Amaliya Pənahovanın 1 ildən çoxdur əziyyət çəkdiyi ortaya çıxan xərçəng xəstəliyindən dünyasını dəyişməsi xəbəri ölkədə böyük kədərə səbəb oldu.

Milli.Az xəbər verir ki, mərhum sənətkarın ölüm xəbərini ilk olaraq ictimaiyyətə bildirən əməkdar artist Hüsniyyə Mürvətova gözyaşı içində "Səni axtarıram"da xalq artistindən danışıb.

Aktrisa Bələdiyyə teatrında rəhbərliyi altında çalışdığı Amaliya Pənahovanın xərçəng xəstəsi olduğundan bixəbər olduqlarını bildirib:

"1 il imiş xərçəng xəstəsi idi. Amma bizə heç nə deməmişdi, heç nə bilmirdik. Son günlərə kimi bizlə bir yerdə oldu. Ayın 31-də Cümhuriyyətimizin 100 illiyinə həsr olunmuş "Şanlı vətən" tamaşasının premyerası oldu. Premyeradan 3 gün qabaq bizi yığdı, hamımıza məsləhətlərini verdi, tövsiyələrini dedi - Qızlara ayrı, oğlanlara ayrı. Amma premyeraya gəlmədi. İlk dəfə idi Amaliya xanımsız premyeramız oldu bizim. Yenə heç nə hiss etmədik. Gül göndərmişdi. Tamaşadan sonra biz hamımız səs-küylə bir-birimizi təbrik etdik, Wathsapp-da video vasitəsi ilə Amaliya xanıma salamımızı, təbrikimizi göndərdik. O da məni təbrik edərək "Hamınız çox istedadlısınız, Hüsniyə. İki-üç günə yığacam hamınızı. Gələcəm!" dedi. O, bizə rəhbər yox, ana olub".

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.