Ölkə

Bakıda insanlara bomba həyəcanı yaşadan şəxs ruhi xəstə imiş

29 İyun 2017 16:34
0 Şərh     Baxış: 1 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Kamal Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. K.Mikayılov özünü ittihamlarla təqsirli bilməyib.

Məhkəmədə məlum olub ki, K.Mikaylov ruhi xəstədir və hazırda 2 saylı Klinik Psixatriya Xəstəxanasında qeydiyyatdadır.

Məhkəmə prosesi iyulun 3-də davam etdiriləcək.

Qeyd edək ki, K. Mikayılov ötən il oktyabrın 14-də Daxili İşlər Nazirliyinin "102 xidməti"nə zəng edərək, Bakı şəhəri, Səbail Rayonu Xəqani küçəsində yerləşən 4 binanın altına "geksoken" adlı partlayıcı maddə yerləşdirdiyini, eyni zamanda Moskva şəhərində də metronu partladacağını deyib.

Həbs edilən K. Mikaylova qarşı Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə cinayət işi açılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.