Ölkə

Bakının qalmaqallı binasında daha bir mərtəbə tikirlər - FOTO

29 İyun 2017 17:05
0 Şərh     Baxış: 2 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda məşhur Altes Plazanın 16 mərtəbəli binasında 17-ci mərtəbə inşa olunur. 

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, bu barədə tanınmış Azərbaycan jurnalisti, blogger Azər Qərib qeyd edib. Onun sözlərinə görə, bina sakinləri bu vəziyyətdən narazıdır. Azər Qəribin məsələ ilə bağlı sözlərini təqdim edirik: 
 
"Deməli, bu ALTES ki var, özünü sanballı şirkət hesab edir. Lakin bunu yalnız özü edir, çünki ALTES-ı yaxından tanıyanlar onun nə dərəcədə yalançı, etibarsız və məsuliyətsiz olduğunu bilirlər.

Nəyə görə belə sərt yazıram? Ona görə ki, mənim həyatda kredom belədir ki, sayanın quluyam, saymayanın ağası. İstər insan olsun, istər bir qurum.

Nəfəsi də yalanla gəlir ALTES-ın, heç bir vədlərini yerinə yetirməyib, 8 ildir nağıl oxuyur sakinlərə.

Indi isə nəyə əl atıb. Bizim 16 mərtəbəli binanın üstündə əlavə bir mərtəbə tikməyə başlayıb!!

Özüdə saymazyana tərzdə, sakinlərə deməmiş, məsləhətləşməmiş, icazə almamış. Və bir müddət bunu xəlvəti edə bilib, çünki evin komendantı yalan deyə deyə aldada bilib bizi, ayıb olsun ona.

Lakin indi bu fakt üzə çıxıb və mən təşəbbüsü öz üzərimə götürüb bu məsələ ilə çox ciddi məşqul olacam. 

ALTES-ə kim ixtiyar verib ki, evin konstruksiyasına belə zərbə vursun? ALTES-ə kim ixtiyar verib ki, sakinlərin icazəsi olmadan binaya əlavə yük verilsin? ALTES-ə kim icazə verib ki, bizim həyatımızı təhlükə altına alsın?

Bizim bina Yasamal İcra hakimiyəti ilə üzbəüzdür, aralarında heç 100 metrə olmaz. Rəhbərlik kabinetlərindnə oturanda, bizim binaya baxır. 

Kimsə həyətimizdə divara bir mıx vurmaq istəsə, Icra Hakimiyəti az qala bütün sostavla gəlib qanundan filandan danışacaq.

Bəs necə olur ki, bu boyda özbaşınalığı görmürlər pencərələrindən? Nədir onları susduran?

Əfsuslar, rəsmi qurumlar fərdi profillərdə olan statuslara reaksiya vermirlər, bu səbəbdən mən Fövqəladə Hallar Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Bakı Şəhər İcra Hakimiyyətinə və Yasamal İcra Hakimiyyətinə kollektiv məktub hazırlayıram və qonşularımı həmin məktubu imzalamağa çağırıram.

Necə olur ki, işi məhkəmələrdə olan, əmlakı həbs altında olan ALTES günün günorta cağı bu cür "bespredel" yapır?

ALTES anlamalıdır ki, dərəbəylik dünyası deyil, anlamalıdır ki, saymamazlığın sonu yoxdur, anlamalıdır ki, bu binanın sahibləri orada yaşayanlardır. 

Xəbəriniz olsun ki, qanunvericilik sizə bu imkanı verir, yəni qonşular yığılıb binanı öz mülkiyətinə keçirə, idarəçiliyi öz əlinə ala bilər. 
 
Məsələn, indi Altes damın üstündə quraşdırılan mobil operatorların antennalarına görə onlardan pul alır hər ay, amma evi özünüz yaratdığınız kooperativin adına keçirəndən sonra, bu pulu həmin kooperativ alacaq.

Xülasə, hüquqlarınızı bilin..."
 
Məsələ ilə bağlı sözügedən sayt əməkdaşı Yasamal rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən bildirilib ki, binanın tikintisi ilə bağlı onlarda heç bir məlumat yoxdur. Rəsmi qurumdan bina sakinlərindən hər hansı şikayətlə müraciət olunmadığı, əgər müraciət daxil olarsa, məsələnin araşdırılacağı bildirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.