Ölkə

Xızıda inzibati binada yanğın

29 İyun 2017 13:47
0 Şərh     Baxış: 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xızı rayonunda inzibati binada yanğın hadisəsi baş verib.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, Xızı rayonu, Yeni Yaşma kəndində ümumi sahəsi 1684 m2 olan üçmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində yardımçı otağın içərisinə yığılmış karton və kağız tullantıları 8 m2 sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.