Ölkə

"3-4 ildir saxlayırdım" - Silah hazırlayan şəxs - YENİLƏNİB - VİDEO - FOTO

29 İyun 2017 15:27
1 Şərh     Baxış: 2 204
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:27

Daşkəsən Rayon Polis Şöbəsinə 78 yaşlı Bakir Verdiyevin odlu silah hazırlaması barədə məlumat daxil olub.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları Verdiyevi şübhəli şəxs qismində saxlayıblar.

Onun Daşkəsən qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən oradan iki müxtəlif çaplı odlu silah və onlara məxsus patronlar aşkarlanıb.

Saxlanılan Bakir Verdiyev uzun illərdir bu işlə məşğul olduğunu, ancaq tutduğu əməlin əslində cinayət tərkibi daşıdığını bilmədiyini deyib. Ahıl kişi əməlinə görə peşmanlığını da gizlətməyib.

Bakir Verdiyev - Saxlanılan şəxs: "Bu günü fikirləşməmişəm. 3-4 ildir saxlayırdım. Satmaq fikrim olmayıb. Satsam, çoxdan satardım. Səhvə yol vermişəm".

Bakir Verdiyevin evindən aşkarlanan silahlardan hər hansı bir cinayət əməlində istifadə olunub-olunmadığını müəyyənləşdirmək üçün maddi sübutlar ekspertizaya təqdim edilib. Araşdırmalar gedir.

----------

14:25

Daşkəsən rayonunda 76 yaşlı kişi kustar üsulla qanunsuz silah hazırladığına görə saxlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, rayonun Yoxarı Daşkəsən qəsəbə sakini, 1941-ci il təvəllüdlü Bakir Qulu oğlu Verdiyevin yaşadığı evdə kustar üsulla tapança və onun üçün nəzərdə tutulan patronlar hazırladığı müəyyən edilib və polis əməkdaşları tərəfindən saxlanılıb. Onun hazırladığı silah və patronlar götürülüb. 

Hazırda Kustar üsulla hazırlanmış silahın hər hansısa bir cinayətdə istifadə edilib edilmədiyi və B.Verdiyevin silahı hansı məqsədlə hazırladığını müəyyənləşdirmək üçün araşdırmalara başlanılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.