Ölkə

Təcili tibbi yardım maşını qəzaya düşdü: 9 nəfər yaralandı - YENİLƏNİB - FOTO

29 İyun 2017 14:59
0 Şərh     Baxış: 2 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:59

Mingəçevir şəhərində təcili tibbi yardım maşını iki avtomobillə toqquşub, 9 nəfər xəsarət alıb. 

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə zamanı "VAZ-2110" markalı avtomobildə olan ana və üç uşağı, həmçinin təcili tibbi yardım avtomobilində olan tibbi bacısı Elnarə Rəhimova yüngül bədən xəsarətləri alıb və onlar ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 

Qeyd edək ki, qəzaya düşən tibbi yardım avtomobilində ağır xəstə olub. Hadisə  xəstəni Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına apararkən baş verib.

-----------

13:36

Mingəçevir şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində baş verib.

Belə ki, Rusiya Federasiyasının vətəndaşı,1961-ci il təvəllüdlü Müseyib Baloğlan oğlu İsmayılov idarə etdiyi "KİA" markalı avtomobillə "VAZ-2110" markalı avtomobilə daha sonra isə Əli Tanrıverdi oğlu Mikayılovun idarə etdiyi təcili tibbi yardım avtomobilinə çırpılıb. 

Nəticədə təcili tibbi yardım avtomobilinin sürücüsü Ə.Mikayılov və tibb işçisi, 1971-ci il təvəllüdlü Vəfa Elmalı qızı Süleymanova, "KİA" markalı avtomobilin sürücüsü M.İsmayılov və "VAZ-2110" markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 
Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.