Ölkə

Bakıda bağ evinə basqın: gözətçini döyüb evi yandırdılar - YENİLƏNİB - VİDEO - FOTO

28 İyun 2017 21:20
0 Şərh     Baxış: 2 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:20

Bağ evinə basqın edən şəxslər gözətçini döyüb evi yandırıblar.

Milli.Az bildirir ki, ağır cinayət paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsində bir bağ evində baş verib.

İkimərtəbəli bağ evinin yandığını görən qonşular dərhal müdaxilə etmək istəyiblər. Ancaq yanğının miqyası böyük olduğu üçün onlar yanğınsödürənlərə xəbər veriblər.
Hadisə yerinə gələn yanğınsöndürənlər mənzildə huşsuz vəziyyətdə yaralı olan İqor Vasini aşkar ediblər. O, dərhal qonşuların köməyi ilə xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı Xəzər rayon polis idarəsi və ərazi üzrə 1-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Çox çəkməyib ki, hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar.

Həmin vaxt onlar quldurluq yolu ilə əldə etdikləri təmir-tikinti alətləri də aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb, hadisənin dəqiq təfərrüatları araşdırılır. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda villaya od vurub yandırdılar

---------

12:47

Bakıda bağ evinə basqın edən şəxslər gözətçini döyüb evi yandırıblar.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, iyunun 27-də saat 02.00 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum iki nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib, təmir-tikinti alətləri götürərək evi yandırıblar.  
 
İ.Vasin xəstəxanaya yerləşdirilib.
 
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar. 
 
Faktla əlaqədar cinayət işi başlanılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Piyan idim, yumruq atdım, burnu sındı" - Oğurluq edən keçmiş məhkum saxlanıldı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.