Ölkə

Azərbaycanda daha bir faciə: Əməliyyat masasında öldü

27 İyun 2017 14:06
14 Şərh     Baxış: 5 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, rayonun Qiyaməddinli kənd sakini 59 yaşlı Zahid Quliyev həyətlərində təsərrüfat işləri ilə məşğul olarkən hündürlükdən yıxılıb.

Nəticədə onun ayağı sınıb və dərhal xəstəxanaya çatdırılıb. Yaralı dərhal əməliyyata götürülüb. Lakin Z.Quliyev əməliyyat zamanı dünyasını dəyişib.

Yaxınlarının dediyinə görə, onun ölümünə səbəb həkim səhlənkarlığı olub. Belə ki, həkimlər səhvən Z.Quliyevin ayağında arterial damarı kəsib və o, çoxlu qan itirməsi səbəbindən ölüb.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.