Ölkə

Bakının bir hissəsinin işıqsız qalması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

27 İyun 2017 13:25
Baxış: 2 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:25

"Azərişıq" ASC bu gün Bakının bəzi ərazilərində elektrik enerjisi təchizatının kəsilməsinə aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev report-a bildirib ki, işıqların kəsilməsi müvəqqəti olub.

"Təchizatın kəsilməsi qış rejimindən yay rejiminə keçməyimizlə bağlıdır. Bundan başqa, bəzi kabellərdə zədələnmə olmuşdu. Laboratoriyanın onların yerini müəyyən etməsi də müəyyən qədər vaxt apardı, buna görə də, elektrik enerjisinin verilişində fasilə yarandı. Hazırda vəziyyət normallaşıb, paytaxt problemsiz olaraq elektrik enerjisi ilə təmin olunur", - deyə o, qeyd edib.

Qeyd edək ki, bu gün paytaxtın Səbail, Nəsimi və Yasamal rayonlarında elektrik enerjisi təchizatında fasilə yaranıb. Hətta bəzi işıqforlar da işləməyib.

----------

13:19

Bakının bir neçə rayonu işıqsız qalıb.

Milli.Az xəbər verir ki, "Azərişıq" ASC-dən haqqin.az-a verilən məlumata görə, qəza nəticəsində Bakının Səbail, Nəsimi və Yasamal rayonlarında elektrik enerjisi təchizatında fasilə yaranıb. Paytaxtda bəzi işıqforlar da işləmir.

Qurumdan qeyd ediblər ki, yaxın saatlarda elektrik enerjisi təchizatı tam bərpa olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.