Ölkə

Avtobusların hərəkətinə edilən dəyişiklik ləğv edildi

27 İyun 2017 11:40
1 Şərh     Baxış: 1 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda keçirilən "Formula-1" Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasına edilən dəyişiklik ləğv edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, Bakı şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkəti bərpa olunduğundan artıq sərnişin avtobusları da əvvəlki sxem üzrə hərəkət edirlər.

"Bununla yanaşı yarışlarla əlaqədar nəqliyyatın hərəkətinə bağlı olan küçələrdə svetaforların da adi rejimdə fəaliyyəti bərpa edilib", - deyə məlumatda qeyd olunub.
 
Qeyd edək ki, "Formula-1" Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar 1, H1 ("Baku Bus" MMC), 2, 4, 5, 6, 8, 14, 18, 21, 31, 37, 46, 61, 65, 77, 88 və 125 nömrəli marşrut  avtobuslarının hərəkətində dəyişikliklər edilmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.