Ölkə

Bakıda maşın qaçıran iki yeniyetmə qəzaya düşdü

24 İyun 2017 11:51
1 Şərh     Baxış: 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı sakininin avtomobilini qaçıran iki yeniyetmə qəza törədib.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, Nizami rayonu B.Nuriyev küçəsində paytaxt sakini Aqil İbayevə məxsus "Mercedes" markalı avtomobil qaçırılıb, daha sonra isə Naxçıvanski küçəsində idarə edilərkən yol ayırıcısına vurulub.

Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri olan iki yeniyetmə aldıqları xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Nizami Rayon Polis İdarəsi (RPİ) tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.