Ölkə

"Metroda bomba var" deyən adam güzəşt etmədilər

24 İyun 2017 09:45
Baxış: 2 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Apellyasiya Məhkəməsində terrorçuluq haqda bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Fəqani İsmayılovun barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsəsən, hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, Saray qəsəbəsində yaşayan, İmişli rayon sakini 1977-ci il təvəllüdlü F.İsmayılov 102 xidmətinə zəng edərək metroya bomba qoyacağını deyib. O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirəndirilir. Məhkəmə ifadəsi zamanı polisə zəng edərkən sərxoş olduğunu deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.İsmayılov 5 il müddətə azadlıqdan məhrum edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.