Ölkə

Dəniz nəqliyyatı işçilərinə Prezidentin fərdi təqaüdü, medal və fəxri ad verilib - SİYAHI

23 İyun 2017 18:26
Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyev Azərbaycanın dəniz nəqliyyatı işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd olunur ki, Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Ağakişiyev Samir Yermaq oğlu
Aslanov Boris Qurbanoviç
Bağırova Nigar Yusif qızı
Cabbarov Mircavan Cabbar oğlu
Dadaşov Şakir Oruc oğlu
Həsənov Ülvi Namət oğlu
İmanov Daməd Bahadur oğlu
İsmayılov Əhməd Məhəmməd oğlu
Kazımova Nisa Bufa qızı
Quliyev Vaqif Həsənqulu oğlu
Mirzəyev Şaiq Nəsib oğlu
Nağıyev Zaur Rəsul oğlu
Pirmuradov Ayaz Dalail oğlu
Poladov Oqtay Ağalar oğlu
Rüstəmov Elçin Zeynalabdul oğlu
Tarverdiyev Qaraxan Bəxtiyar oğlu
Vorobyova Yekaterina İvanovna

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis" fəxri adı verilib:

Həsənov Şəmistan Hüseyn oğlu
Qurbanov Taqət Allahqulu oğlu
Rəcəbov Eldar Həsən oğlu

Prezident İlham Əliyev, həmçinin dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Cəfərov Namiq Hüseynqulu oğlu
Məmmədov Məmməd Əli oğlu
Teymurov Fikrət Cümşüd oğlu

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.