Ölkə

"Hər dəfə 10 manat verib almaq sərf etmir" - Narkoman - VİDEO - FOTO - YENİLƏNİB

24 İyun 2017 12:18
1 Şərh     Baxış: 3 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:18

Narkotik istifadəçiləri tutuldular

Sumqayıt ŞPİ Cinayət Axtarış Şöbəsi və 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində Saray bağlar massivində yaşayan əvvəllər məhkum olunmuş Qiyas Bayramov saxlanılıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən ümumi çəkisi 4 kiloqram 900 qram olan 76 ədəd çətənə kolu, mənzildən isə əlavə olaraq 5 kiloqram 800 qram çəkidə qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsi zamanı çətənə toxumlarını bir neçə ay bundan əvvəl evinin həyətində əkdiyini və onlara xüsusi üsulla qulluq edərək yetişdirdiyini bildirib.

Qiyas Bayramov (Saxlanılan şəxs): "Girib orada yaşayırdım. Ehtiyacıma görə əkmişdim, alınmadı. Böyüklərin yığmışdım, balacaları qalmışdı".

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Elməddin Ağayev saxlanılıb. Onun əlindəki bağlamaya baxış keçirilən zaman 470 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Elməddin Ağayev (saxlanılan şəxs): "Xızıya getdim. 150 manat cibimdə pulum var idi. Dedim ki, 470 qram nəşə alım, atım başımın altına. Hər dəfə 10 manat verib almaq sərf etmir. Aldım atdım başımın altına dedim bir il çəkərəm".

Sumqayıt polisi əvvəllər məhkum olunmuş Aqşin Adıgözəlovu da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlayıb. Onun üzərinə baxış zamanı 465 qram qurudulmuş marixuana götürülüb.

Aqşin Adıgözəlov (saxlanılan şəxs): "Novxanıdan 100 manata aldım. Özüm üçün istifadə edirdim. Çəkisi 495 qram idi".

Faktlarla bağlı Sumqayıt ŞPi-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

-----------------

23.06.2017

17:48

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, alqı-satqısına qarşı mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının həyata keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin alqı-satqısı və kultivasiyası ilə məşğul olan 3 nəfər zərərsizləşdirilib, qanunsuz dövriyyədən isə 12 kiloqrama yaxın narkotik maddə çıxarılıb.

Sumqayıt ŞPİ Cinayət Axtarış Şöbəsi (CAŞ) və 4-cü Polis Bölməsi (PB) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində Saray bağlar massivində yaşayan əvvəllər məhkum olunmuş Qiyas Bayramov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən ümumi çəkisi 4 kiloqram 900 qram olan 76 ədəd çətənə kolu, mənzildən isə əlavə olaraq 5 kiloqram 800 qram çəkidə qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsi zamanı çətənə toxumlarını bir neçə ay bundan əvvəl evinin həyətində əkdiyini və onlara xüsusi üsulla qulluq edərək yetişdirdiyini bildirib.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Elməddin Ağayev də saxlanılıb. Onun əlindəki bağlamaya baxış keçirilən zaman 470 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.  
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində isə əvvəllər məhkum olunmuş Aqşin Adıgözəlov da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərinə baxış zamanı 465 qram qurudulmuş marixuana götürülüb.

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPi-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sumqayıtda xüsusi əməliyyat - 12 kq narkotik götürüldü

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.