Ölkə

Nazir müavini: "Əsas prioritet Dünya Robot Olimpiadasında Azərbaycanı təmsil etməkdir" - FOTO

23 İyun 2017 12:13
0 Şərh     Baxış: 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Növbəti illər ərzində əsas prioritet Dünya Robot Olimpiadasında Azərbaycanı təmsil etməkdir və biz buna nail olacağıq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Məktəblilərarası I Robot Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

C.Bayramov bildirib ki, 3 kateqoriya üzrə təşkil olunan olimpiadada Bakı, Sumqayıt, Şirvan, Quba, Mingəçevir, Gəncə, Ağdaş və Lənkəran şəhərlərini təmsil edən 100-ə yaxın şagird 45 layihə ilə çıxış edib.

C.Bayramov bildirib ki, məktəblilərarası I Robot Olimpiadasının keçirilməsi beynəlxalq robot və layihə olimpiadalarının təşkilati təcrübəsinə əsaslanır.

Nazir müavini əlavə edib ki, son illərdə istedadlı uşaqların aşkarlanması üçün bir sıra tədbirlər keçirilib.

C.Bayramov deyib ki, son illər ərzində azərbaycanlı şagirdlərin dünya fənn olimiadalarında iştirak etməsinin şahidiyik:

"İstedadı olmayan uşaq yoxdur. Məktəbin əsas məqsədi uşaqların istedadını aşkarlamaqdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.