Ölkə

Sərxoş atasını 20 bıçaqla qətlə yetirən gənc MƏHKƏMƏ QARŞISINDA

23 İyun 2017 12:05
1 Şərh     Baxış: 1 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Spirtli içki içdiyi üçün atasını bıçaqlayan, 1997-ci il təvəllüdlü Laçın Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
Məlum olub ki, Laçın Novruzov Ağsu rayonunda anadan olub. Lakin onun ailəsi Laçın rayonundan Ağsuya gələn məcburi köçkün ailəsindədir.  
 
Məhkəmənin baxış iclası iyulun 5-i təyin edilib. 
 
Qeyd edək ki, qətl bu il yanvarın 4-də gecə saat 23:00 radələrində Bakının Binəqədi rayonunun Müşviqabad qəsəbəsində baş verib.
 
Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Novruzov Laçın Mehman oğlu yaşadıqları evdə atası - 1965-ci il təvəllüdlü Məmmədov Mehman Musa oğlu ilə mübahisə edib. Mübahisəyə səbəb isə atanın içkili olması olub. Mübahisə nəticəsində L.Novruzov M.Məmmədovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Bildirilir ki, oğul atasına 20 bıçaq zərbəsi vurub.
 
Məlumata görə, ata M.Məmmədov içki aludəçisi olub və bu səbəbdən də ailədə tez-tez söz-söhbət yaranırmış. Yanvarın 4-də gecə saatlarında evə yenidən içkili gələn M.Məmmədov ailə üzvləri ilə dalaşıb. L.Novruzov mətbəx bıçağı ilə atasını qətlə yetirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.