Ölkə

Aprel şəhidi məhkəməyə verildi - Kreditə görə

22 İyun 2017 16:00
37 Şərh     Baxış: 11 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Para" BOKT ASC "Aprel şəhidi" Xaliq Əzizzadəni məhkəməyə verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə paylaşıb.

Deputat bildirib ki, Xətai rayon məhkəməsində qaldırılan iddia əsasında şəhid cavabdeh qismində məhkəməyə çağırılıb:

"Bir saatdır, şəhid anasının həyacandan, əsəbdən, üzüntüdən gözyaşları dayanmır. Çünki o şəhid övladının bir müddət əvvəl fəaliyyətdə olan "Para Bank"dan götürdüyü pul üzündən məhkəməyə verilib və yaşadığı evi itirmək üzrədir. Doğrudanmı bankın Xaliq Əzizzadənin şəhid olması barədə xəbəri yoxdur ki, onu cavabdeh qismində məhkəməyə çağırtdırır? Bunun bir ana üçün nə qədər böyük bir ağrı olduğunun fərqində olmaq bu qədərmi çətindir?"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.